Bank Of Baku

İlham Əliyev: “ Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazırıq”

İlham Əliyev: “ Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazırıq”
# 17 yanvar 2009 22:50 (UTC +04:00)
Prezident deyib ki, BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsindən danışıb: “ Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, növbəti ciddi sənəddir. Ermənistan və Azərbaycan prezidentlərinin birgə imzaladıqları bəyannamə BMT Baş Məclisində qəbul edilmiş bəyannamənin məntiqi nəticəsidir. Baxmayaraq ki, Ermənistan təbii olaraq, BMT-də qətnamənin qəbul olunmasına etiraz etməyə çalışırdı. Buna baxmayaraq, Ermənistan rəhbəri o əsasda müştərək bəyannaməyə qol çəkib”.

Prezident qeyd edib ki, birgə bəyannamə Ermənistan-Azərbaycan prezidentləri tərəfindən imzalanıb: “ Yəni, bu ölkələr münaqişənin tərəfləridir, münaqişənin heç bir başqa tərəfi yoxdur. Halbuki, uzun illər ərzində Ermənistan tərəfi həmişə çalışırdı ki, qondarma Dağlıq Qarabağ qurumunun nümayəndələrini də bu prosesə daxil etsin. Biz haqlı olaraq, buna həmişə etiraz edirdik. Əminəm ki, Ermənistan rəhbərinin münaqişənin tərəfi kimi birgə bəyannaməyə qol çəkməsi artıq növbəti illərdə Dağlıq Qarabağın prosesə qoşulması cəhdlərinə son qoyacaq”.

Ölkə başçısı birgə bəyannamədə münaqişənin yalnız mərhələli şəkildə həllini tapa bilməsinin də əks olunduğunu vurğulayıb: “ Ermənistan işğalçı qüvvələri bütün işğal olunmuş torpaqlardan çıxarılmalı, beynəlxalq zəmanət əsasında təhlükəsizlik məsələləri həll olunmalıdır. Ondan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparıla bilər, bir şərtlə ki, o status ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu, Azərbaycanın prinsipial və dəyişməz mövqeyidir. Mərhələli həllin üstün olması onu göstərir ki, Azərbaycanın uzun illər ərzində dediyi sözlər və təklif etdiyi yanaşmalar bu gün Ermənistan tərəfindən də qəbul edilir. Əks halda, Ermənistan tərəfi mərhələli həlli nəzərdə tutan bəyannaməyə heç vaxt qol çəkməzdi. Onların mövqeyi paket variantından ibarət olub. Yəni mən onu ona görə bir az daha geniş işıqlandırıram ki, heç kimdə heç bir şübhə olmasın - bu bəyannamə Azərbaycanın milli maraqlarına xidmət göstərir. Əslində, Azərbaycanın mövqeyini əks etdirir və ümid etmək istəyirəm ki, bu siyasi niyyət 2009-cu ildə real nəticələrə çevriləcək. Hər halda, biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik və bu gün mən bir daha bunu açıqlayıram. Biz çalışırıq ki, məsələ danışıqlar yolu ilə öz həllini tapsın.

Ancaq bununla bərabər, o da heç kimə sirr deyil ki, biz ordu gücümüzü də artırırıq və böyük dərəcədə artırmışıq. Son beş il ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanı çox gücləndirmişdir. Növbəti illərdə orduya ayrılan xərclər daha da artacaq. Biz bu sahəyə prioritet diqqət göstəririk və 2009-cu ildə bütün hərbi xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir. Ancaq bizim qarşımızda böyük vəzifələr dayanır. Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq, ancaq özümüzü daha da gücləndirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR