Bank Of Baku

MSK referendumla bağlı KİV-də təbliğat aparılması qaydalarını açıqlayıb

MSK referendumla bağlı KİV-də təbliğat aparılması qaydalarını açıqlayıb
# 19 yanvar 2009 08:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Martın 18-nə təyin olunmuş referendumla bağlı təbliğat kampaniyasında iştirak etmək istəyən KİV-lər əvvəlcədən Mərkəzi Seçki Komissiyasına (MSK) bildiriş göndərməlidir. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, KİV-lər efir vaxtının verilməsinə, yaxud dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək (fevralın 1-dək) dərc etməlidir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onların özlərinə də göndərilməlidir.

Referendumqabağı pulsuz təbliğat-təşviqat kampaniyası isə İctimai Televiziyada, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçiy” qəzetlərində aparılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum bu il martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR