Bank Of Baku

Referendumla bağlı konkret seçki dairəsində təbliğat aparmaq üçün DSK-lara 97 təşəbbüs qrupu müraciət edib

Referendumla bağlı konkret seçki dairəsində təbliğat aparmaq üçün DSK-lara 97 təşəbbüs qrupu müraciət edib
# 19 yanvar 2009 10:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumda konkret seçki dairəsi ərazisində təbliğat-təşviqat aparmaq üçün bu günə qədər 97 təşəbbüs qrupu müvafiq Dairə Seçki Komissiyalarına müraciət edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 97 təşəbbüs qrupu ümumilikdə 90 seçki dairəsini əhatə edir. Bir seçki dairəsi ərazisində təbliğat aparmaq üçün təşviqat qrupunun qeydə alınmasına 100 seçici imzası tələb olunur. Bir seçki dairəsi ərazisində yaradılan təşviqat qrupları pulsuz təbliğat-təşviqat kampaniyasında iştirak edə bilməyəcəklər. Onlar yalnız seçicilərlə görüşlər keçirə, plakatlar hazırlaya və bir seçki dairəsi ərazisində yayımlanan televiziya, radio və qəzetlərdə təbliğat apara bilərlər. Respublika ərazisində təbliğat aparmaq üçün isə bu vaxta qədər MSK-ya 10 təşəbbüs qrupu müraciət edib və onların hamısına imza vərəqələri verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR