Bank Of Baku

Qüdrət Həsənquliyev: “Partiya üzvləri Konstitusiyaya istənilən dəyişikliyin lehinə və ya əleyhinə səs verməkdə sərbəstdir”

Qüdrət Həsənquliyev: “Partiya üzvləri Konstitusiyaya istənilən dəyişikliyin lehinə və ya əleyhinə səs verməkdə sərbəstdir”
# 19 yanvar 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bəzi müxalifət partiyalarının rəhbərləri Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyən təşəbbüs qrupunda təmsil olunsalar da, onların rəhbərlik etdiyi partiyalar bu barədə konkret qərar qəbul etməyib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquluyev APA-ya açıqlamasında bildirib ki, özü fərd olaraq Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyən “Hüquq və demokratiya” təşəbbüs qrupunda təmsil olunmağına baxmayaraq, partiya üzvlərinə referendumla bağlı sərbəstlik veriləcək: “Mən özüm bu təbliğatda iştirak edəcəyəm. Amma partiya üzvləri istədikləri dəyişikliyin lehinə və əleyhinə səs verə bilərlər”.

“Hüquq və demokratiya” təşəbbüs qrupunda təmsil olunan Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa da rəhbərlik etdiyi partiyanın üzvlərinin referendumda iradələrinin sərbəst şəkildə nümayiş etdirəcəklərini bildirib: “Biz partiya olaraq referendumla bağlı lehinə və yaxud əleyhinə olmaqla bağlı xüsusi qərar verməyəcəyik. Sadəcə mən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvü kimi fərdi qaydada bu təşəbbüs qrupunda təmsil olunuram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR