Bank Of Baku

“Azad söz” təşviqat qrupu imza toplayır

“Azad söz” təşviqat qrupu imza toplayır
# 19 yanvar 2009 13:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsinə dəstək məqsədilə yaradılan “Azad söz” təşviqat qrupu imza toplamağa başlayıb. Qrupun vəkalətlərin imzalanması üzrə səlahiyyətli nümayəndəsi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə APA-ya bildirib ki, ilkin qeydiyyatla bağlı lazım olan sənədlər yanvarın 13-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib və imza vərəqələri götürülüb: “Qanunvericiliyə uyğun olaraq hazırda imzatoplama kampaniyası uğurla davam etdirilir. Qısa müddətdə nəzərdə tutulan sayda imza toplanaraq MSK-ya təqdim olunacaq. Bundan sonra isə növbəti mərhələlərə start veriləcək”.

Qeyd edək ki, “Azad söz” yanvarın 10-da 12 ilkin təşəbbüs qrupunun iştirakı ilə keçirilən iclasda seçilən 208 nəfərdən ibarət KİV nümayəndəsi tərəfindən təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR