Bank Of Baku

Bu gün sovet qoşunlarının Azərbaycanda törətdiyi 20 yanvar faciəsinin ildönümüdür

Bu gün sovet qoşunlarının Azərbaycanda törətdiyi 20 yanvar faciəsinin ildönümüdür
# 19 yanvar 2009 22:30 (UTC +04:00)
Respublika rəhbərliyinin Dağlıq Qarabağda başlanan separatçılıq hərəkatının qarşısını almaqda acizlik göstərməsi xalqın haqlı narazılığına səbəb olub və yüz minlərlə insan küçələrə çıxaraq hakimiyyətin istefasını tələb edib. Azərbaycanda Moskvaya sadiq hakimiyyəti qoruyub saxlamaq və kütləvi aksiyaları yatırmaq üçün Bakıya qoşunların yeridilməsinə qərar verilib. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayaraq birgə həyata keçirdiyi əməliyyat əsasında 66 min nəfərlik ordu Bakıya daxil olaraq dinc aksiya keçirən insanlara atəş açmağa başlayıblar. Sovet ordusunun Bakıda törətdiyi qırğınlar nəticəsində 134 dinc vətəndaş həlak olub, 700-ə qədər insan yaralanıb. 20 yanvar qurbanları arasında 20-dən artıq qadın və uşaqlar da var. Qanlı faciənin üzərindən uzun illər keçsə də, bu hadisələrə hələ də hüquqi qiymət verilməyib. Hər il 20 yanvar faciəsinin ildönümündə Azərbaycanda, bölgələrdə və diaspora təşkilatlarının xətti ilə dünyanın müxtəlif ölkələrində şəhidlərin anım mərasimləri keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR