Bank Of Baku

“Milli İstiqlal” Təşəbbüs qrupu yaradılıb

“Milli İstiqlal” Təşəbbüs qrupu yaradılıb
# 19 yanvar 2009 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı “Milli İstiqlal” Təşəbbüs qrupu yaradıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Təşəbbüs qrupunun bu gün keçirilən iclasında 2100 nəfəri təmsil edən 210 nümayəndə iştirak edib. İclasda qrupun 10 təmsilçisi müəyyənləşib, AMİP katibi Elşən Mustafayev qrupun Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi, Mərkəzi Şuranın üzvü Müsəddir Abdullayev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilib. Qısa müddətdə Təşəbbüs qrupunun yaradılması ilə bağlı MSK-ya bildiriş təqdim olunacaq və seçici imzalarının toplanmasına başlanılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı martın 18-də referendum keçiriləcək. Seçki Məcəlləsinə görə, referendumun subyekti yalnız Təşviqat qrupları ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR