Bank Of Baku

Azərbaycan 20 Yanvar şəhidlərini anır - FOTOSESSİYA

Azərbaycan 20 Yanvar şəhidlərini anır - <font color=red>FOTOSESSİYA</font>
# 20 yanvar 2009 09:27 (UTC +04:00)
Anım mərasimi ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Əzizbəyov heykəli qarşısından Teleteatra qədər olan ərazidə isə hərəkət tam dayandırılıb.

Bu gün Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub. Həmin vaxt küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər səsli siqnallar, gəmilər isə fit verib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, habelə Bakıdakı diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət axşam saatlarına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR