Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
# 21 yanvar 2009 07:12 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Düşmən bölmələri yanvarın 20-də saat 17.00-dan 17.50-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.55-dən 22.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.40-dək isə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR