Bank Of Baku

Daha bir təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürüb

Daha bir təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürüb
# 21 yanvar 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bir neçə müxalifət partiyasının referendumla bağlı yaratdığı “Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasından imza vərəqələri götürüb. Təşəbbüs qrupunun üzvü, millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, imza vərəqələri bu gün qrupda təmsil olunan partiyaların yerli təşkilatlarına göndəriləcək. O, qısa müddətdə imzaları toplayıb yanvarın sonuna kimi MSK-ya təqdim edəcəklərini deyib.

“Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunda Klassik Xalq Cəbhəsi, Xalq, Azadlıq, Böyük Azərbaycan və Milli Demokrat partiyaları təmsil olunur.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək. Seçki Məcəlləsinə görə, referendumun subyekti yalnız Təşviqat qrupları ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR