Bank Of Baku

Referendumla bağlı yaradılmış təşəbbüs qruplarından 4-ü 40 min imza toplayaraq MSK-ya təqdim edib

Referendumla bağlı yaradılmış təşəbbüs qruplarından 4-ü 40 min imza toplayaraq MSK-ya təqdim edib
# 21 yanvar 2009 14:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Referendumla bağlı yaradılmış təşəbbüs qruplarından 4-ü təşviqat qrupu kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı toplayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunlar “Yeni Azərbaycan”, “Tərəqqi”, “Abad kənd” və “Şəhər” təşəbbüs qruplarıdır. Ümumilikdə MSK-ya 11 təşəbbüs qrupu müraciət edib və onların hamısına imza vərəqələri verilib.

Konkret seçki dairələri ərazisində təbliğat aparmaq üçün isə 96 seçki dairəsinə 103 təşəbbüs qrupu müraciət edib. Onlardan 29-u tələb olunan seçici imzalarını toplayaraq dairə seçki komissiyalarına təqdim ediblər ki, onlardan 4-ü təşviqat qrupu kimi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR