Bank Of Baku

Sabirabadda AXCP üzvləri həbs edilib

Sabirabadda AXCP üzvləri həbs edilib
# 21 yanvar 2009 14:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupu üçün imza toplayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Sabirabad rayonunda həbs ediliblər. Bu barədə APA-ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, bu gün günorta saatlarında partiya fəalları Mövsüm Əsgərov və Rəşad Sadıqov rayon polisləri tərəfindən saxlanılaraq şöbəyə aparılıblar. H. Kərimov bildirib ki, polis partiya üzvlərinin üzərində narkotik maddə aşkar etdiyini əsas gətirib. Sədr müavini isə bunun əsassız olduğunu, söyləyib.

Sabirabad rayon Polis Şöbəsindən APA-ya AXCP üzvlərinin həbs olunması faktını təsdiqləyiblər. Şöbədən bildirilib ki, R. Sadıqovun üzərində 7.49 qram həşiş aşkar edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) maddəsi ilə cinayət işi başlanılıb, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Şöbədən onu da bildiriblər ki, M. Əsgərov da saxlanılıb. Lakin barəsində materiallar toplandığından onun hansı qanunsuz əməldə günahlandırması ilə bağlı məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR