Bank Of Baku

Referendumla bağlı MSK-da “Qaynar xətt” yaradılıb

Referendumla bağlı MSK-da “Qaynar xətt” yaradılıb
# 21 yanvar 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) “Qaynar xətt” yaradılıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 115 saylı “qaynar xətt” seçici siyahıları ilə bağlı olan problemlərlə bağlı seçicilərə xidmət göstərəcək. Bundan əlavə MSK-nın internet saytında da “qaynar xətt” yaradılıb.

MSK mətbuat xidmətindən onu da bildiriblər ki, referendumla bağlı 12 müxtəlif formalı plakatlar hazırlanıb. Təşviqat plakatları səsverməyə çağırış, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin maarifləndirilməsi və digər məsələlərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR