Bank Of Baku

Avropa Komissiyası Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı 9 layihə həyata keçirəcək

Avropa Komissiyası Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı 9 layihə həyata keçirəcək
# 22 yanvar 2009 09:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Komissiyası Azərbaycanda “Qeyri-dövlət iştirakçıları - yerli qurumlar və demokratiya, insan hüquqları üzrə Avropa təşəbbüsü” sahəsində yeni layihələrin təqdimetmə mərasimini keçirib. APA-nın məlumatına görə, Avropa Komissiyasının Avropa Yardım Əməkdaşlıq İdarəsinin direktoru Markus Kornaro tender komissiyasına 50 layihənin təklif olunduğunu, onların arasından 9 layihənin seçildiyini bildirib. M. Kornaro deyib ki, seçilmiş layihələrdən 2-si məcburi köçkünlərin problemləri və insan alveri ilə mübarizə sahəsinə aiddir.

Tədbirdə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams, Belçikanın Azərbaycandakı səfiri Filip Jottard, ombudsman Elmira Süleymanova və digər şəxslər də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR