Bank Of Baku

Lətif Hüseynov BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak edəcək

Lətif Hüseynov BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak edəcək
# 22 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Lətif Hüseynov BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak etmək üçün bu gün Cenevrəyə gedəcək. Bu barədə APA-ya məlumat verən L. Hüseynov sessiyanın yanvarın 26-dan 30-dək keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iclasda silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı araşdırma aparılması üçün işçi qrup yaradılması gözlənilir: “Çox ehtimal ki, mən işçi qrupunun tərkibində olacağam”. L. Hüseynov sessiyada, həmçinin qidalanma hüququ, qadınların hüquqları və digər məsələlərin də müzakirə olunacağını deyib: “Bundan başqa, sessiyada BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsinin nizamnaməsi də müzakirə ediləcək. Bu nizamnamənin müəllifi mənəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR