Bank Of Baku

Hakim partiyanın referendumla bağlı yaratdığı “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi MSK-da qeydiyyata alınıb

Hakim partiyanın referendumla bağlı yaratdığı “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi MSK-da qeydiyyata alınıb
# 22 yanvar 2009 14:35 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Təşəbbüs qrupu quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan da 43 min 881-i etibarlı sayılıb. 3 min 69 imza isə etibarsız hesab olunub. Bunlar, əsasən, bir nəfərin bir neçə şəxsin yerinə imza atması, məlumatların düzgün qeyd olunmaması ilə bağlı səhvlər olub.

İclasda iştirak edən “Yeni Azərbaycan” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, MSK imzaları düzgün yoxlayıb və obyektiv qərar qəbul edib: “Biz imzaların toplanmasında səhvlərin olmamasına çalışırıq. Amma sözsüz ki, insan olan yerdə səhvlər də olur”.

İclasda bəzi normativ xarakterli aktlar, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq edilib.

Bundan başqa, bir sıra Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum bu il martın 18-də keçiriləcək. Seçki Məcəlləsinə görə, referendumun subyekti yalnız Təşviqat qrupları ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR