Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifətin imza toplayanları vərəqələri seçki komissiyalarına geri qaytarırlar”

Siyavuş Novruzov: “Müxalifətin imza toplayanları vərəqələri seçki komissiyalarına geri qaytarırlar”
# 22 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İmza toplayan şəxslərə qarşı yerlərdə təzyiqlərin olması ilə bağlı müxalifət təmsilçilərinin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzov deyib. O, Sabirabad, Gəncə və Samuxda imza toplayanların saxlanılması barədə məlumat aldıqdan sonra məsələ ilə dərhal maraqlandığını açıqlayıb: “Müxalifət təmsilçiləri tərəfindən imza vərəqələri verilmiş şəxslər vərəqələri dairə seçki komissiyasına təqdim edirlər ki, biz imza toplamaq istəmirik. Bunu ört-basdır etmək üçün hansısa təzyiqlərdən danışmağa başlayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR