Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçicilərə müraciət edib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçicilərə müraciət edib
# 22 yanvar 2009 14:50 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Pənahov müraciətində seçiciləri Azərbaycanda keçiriləcək referendumla bağlı Təşəbbüs qruplarına imza verərkən diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, müstəqil ölkənin vətəndaşları seçki və referendumla bağlı öz məsuliyyətini başa düşməli, kimə və nəyə imza verdiklərini bilməlidirlər: “İmza vərəqələrinin yuxarı hissəsində yazılıb ki, imzalar nə üçün toplanır. Əgər o vərəqlərin yuxarısında aydınlıq yoxdursa, seçicilər MSK-ya müraciət etsinlər. Mən üzümü Azərbaycan seçicilərinə tutub deyirəm ki, bu məsələdə maksimum diqqətli olsunlar”.

M. Pənahovun sözlərinə görə, bəzi Təşəbbüs qrupları Zaqatala-Balakən zonasında vətəndaşlardan 1990-cı illərdə əmanət kassalarında qalan əmanətlərin geri qaytarılması, Şəki zonasında qaz-işıq şəraitinin yaxşılaşdırılması, Samuxda isə guya əhalinin siyahıya alınması adı altında imzalar toplayıblar: “Bütün bölgələrdən bizə bu xarakterli narazılıqlar daxil olur. İmza toplayanların bu hərəkətini pisləyirik. Azərbaycanın həyatında baş verən mütərəqqi dəyişiklikdə məsuliyyətlə iştirak etmək istəyən vətəndaş və qurumlar bütün fəaliyyətini qanunun tələblərinə uyğun qurmalıdır”.

Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də Azərbaycanda referendum keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR