Bank Of Baku

Məzahir Pənahov: “Təşəbbüs qruplarının sayının çox olması əhalinin referenduma olan marağını göstəricisidir”

Məzahir Pənahov: “Təşəbbüs qruplarının sayının çox olması əhalinin referenduma olan marağını göstəricisidir”
# 22 yanvar 2009 14:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Seçicilər Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda qeydiyyatdançıxma vəsiqəsi ilə iştirak edə biləcəklər. APA-nın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında deyib. O bildirib ki, ilkin olaraq MSK 100 min qeydiyyatdançıxma vəsiqəsi hazırlayacaq və aşağı seçki komissiyalarına göndərəcək. Sonrakı mərhələdə ehtiyac yaranacağı halda əlavə vəsiqələr çap olunacaq.

M. Pənahov onu da qeyd edib ki, bu günə qədər MSK-ya 13 təşəbbüs qrupu müraciət edib və onların hamısına imza vərəqələri verilib. Dairə seçki komissiyalarına isə 116 təşəbbüs qrupu müraciət edib və onların 17-si təşviqat qrupu kimi qeydə alınıb. MSK sədrinin fikrincə, təşəbbüs qruplarının sayının bu qədər çox olması əhalinin referenduma olan marağını göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR