Bank Of Baku

Bölgələrdə imza toplayan şəxslərə təzyiq göstərilməsi ilə bağlı MSK-da məsələ qaldırılıb

Bölgələrdə imza toplayan şəxslərə təzyiq göstərilməsi ilə bağlı MSK-da məsələ qaldırılıb
# 22 yanvar 2009 15:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov qurumun iclasında müxalifət partiyalarının yaratdıqları təşəbbüs qrupları üçün bölgələrdə imza toplayan şəxslərə təzyiq göstərilməsi ilə bağlı məsələ qaldırıb. APA-nın məlumatına görə, MSK üzvü bildirib ki, ona Sabirabad, Salyan, Bərdə, Ağsu, Şirvan, Qazax və Ağstafadan konkret müraciətlər daxil olub. A. Qurbanov MSK-nın bu məsələni diqqətdə saxlamasını istəyərək imza toplayan şəxslərə qarşı təzyiqlərin qarşısının alınması üçün tədbir görülməsini vacib sayıb. Sədr Məzahir Pənahov isə təklif edib ki, A. Qurbanov həmin müraciətlərlə bağlı adı çəkilən rayonlara ezam olunsun: “Burada danışmaqla problemi həll etmək mümkün deyil. Komissiya üzvü gedib məsələləri yerində araşdırsın və rəsmi şəkildə bu məsələləri müzakirə edək”. A. Qurbanov MSK sədrinin təklifinə etiraz etmədiyini söyləyib: “Amma yerli qurumlardan hansı rəsmi sənəd gətirmək mümkündür? Polis baş verən hadisələri xuliqanlıq kimi rəsmiləşdirib. Sadəcə, mən istəyirəm ki, MSK-nın sədri imza toplayanlara qarşı heç bir maneçilik yaradılmaması xahişi ilə rəsmən yerli icra orqanlarına müraciət etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR