Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupu MSK-ya müraciət edib

“Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupu MSK-ya müraciət edib
# 23 yanvar 2009 13:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Qrupun üzvü olan Azərbaycan Demokrat Partiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə imzatoplama kampaniyası zamanı yerlərdə qrupun imza toplayan şəxslərinə qarşı təzyiqlərin olduğu bildirilir. Bu məsələdə yerli hüquq-mühafizə və icra hakimiyyəti orqanlarının xüsusi fəallıq göstərdiyini bildirən müraciət müəllifləri Salyan, Hacıqabul, Mingəçevir, Sabirabad, Neftçala, Zərdab və digər rayonlarda qeydə alınmış konkret faktlar sadalayaraq, baş verənlərin Seçki Məcəlləsinə zidd olduğunu vurğulayıblar.

Müxalifətçilər MSK-dan Seçki Məcəlləsinin 112.1 və 112.4-cü maddələrinə əsasən, yerlərdə vətəndaşların seçki hüquqlarının pozulması hallarının aradan qaldırılması, referendumda iştirak edən bütün tərəflər üçün eyni şəraitin yaradılması, imzatoplama kampaniyasına hakimiyyət orqanları tərəfindən qeyri-qanuni müdaxilə, seçicilərin qorxudulması və şantaj edilməsinin qarşısının alınması üçün qanuni tədbirlər görülməsini xahiş ediblər.

Müraciətdə, həmçinin, vətəndaşların seçki hüquqlarını pozan və qeyri-qanuni olaraq imzatoplama kampaniyasına müdaxilə edən şəxslərin qanunsuz əməllərinin yoxlanılması və Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı prokurorluq orqanlarına müraciət edilməsi tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR