Bank Of Baku

“Respublikaçı Alternativ” İctimai Birliyi Gəncədə görüş keçirib

“Respublikaçı Alternativ” İctimai Birliyi Gəncədə görüş keçirib
# 23 yanvar 2009 14:20 (UTC +04:00)
Gəncə - APA. “Respublikaçı Alternativ” (REAL) İctimai Birliyi Gəncə şəhərində görüş keçirib. Birlikdən APA-ya daxil olan məlumata görə, ilk ictimai görüş üçün Gəncənin seçilməsi təsadüf deyil: “Bu, Azərbaycanda respublikaçılıq ideallarının tarixinə dərin hörmətimizdən və həmin idealların gələcəyinə böyük inamımızdan irəli gəlir. Xalq Cümhuriyyətinin qurulmasında Gəncə şəhərinin həlledici rolu danılmazdır. Bu böyük şəhər Azərbaycanda azadlıqsevərlər üçün mənəvi dayaqdır”. Görüşdə “Çağdaş konstitusion quruluş” və “Çağdaş bələdiyyə hakimiyyəti” mövzuları müzakirə edilib. Bildirilib ki, Konstitusiya dəyişiklikləri ilə bağlı referendumuna çıxarılmış təkliflər paketi Azərbaycanda respublikaçı üsul-idarənin əsaslarını daha da zəiflədir.

Qeyd edək ki, “Respublikaçı Alternativ” İctimai Birliyi 2008-ci il dekabrın 25-də AMİP sədrinin keçmiş müavini, politoloq İlqar Məmmədov və digər şəxslər tərəfindən təsis olunub. İctimai birliyinin növbəti tədbiri fevralın birinci yarısında Sumqayıt şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR