Bank Of Baku

Müsavatçı deputat daxili işlər naziri, MSK sədri və Prezident Aparatının şöbə müdirinə müraciət edib

Müsavatçı deputat daxili işlər naziri, MSK sədri və Prezident Aparatının şöbə müdirinə müraciət edib
# 23 yanvar 2009 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat” deputat qrupunun üzvü, millət vəkili Arzu Səmədbəyli “Respublikaçılar” təşəbbüs qrupu üçün imza toplayan şəxslərə təzyiq edilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və Prezident Aparatının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevə müraciət edib. Bu barədə APA-ya məlumat verən A. Səmədbəyli adı çəkilən şəxslərlə telefon əlaqəsi yaratdığını və baş verən qanun pozuntularını onların diqqətinə çatdırdığını deyib: “Onlar mənə bildirdilər ki, guya yerlərdə əhalini aldadıb imza atdırırlar. Mən isə cavab verdim ki, yerlərdə müsavatçıları hamı tanıyır. Əgər seçici istəsə, onlara imza verəcək, istəməsə yox. Daxili işlər naziri də, digərləri də konkret faktlarla maraqlanacaqlarını və ölçü götürəcəklərini söylədilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR