Bank Of Baku

Əli Əhmədov beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək referendumla bağlı bəyanatlarını obyektiv hesab edir

Əli Əhmədov beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək referendumla bağlı bəyanatlarını obyektiv hesab edir
# 24 yanvar 2009 10:36 (UTC +04:00)
Hər bir xalq, hər bir ölkə öz dövlət quruculuğunu daha da təkmilləşdirməkdə tam sərbəstdir və bu, o ölkənin daxili işdir”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların nümayəndələri referendumun keçirilməsi ilə əlaqədar Azərbaycanda qərar qəbul olunmasına bunun məhz ölkənin daxili işi olması prinsipindən yanaşırlar: “Güman edirəm ki, Mərkəzi Seçki Komissiyası qanunvericiliyə uyğun olaraq referendumla əlaqədar beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət edəcək və onlar bu dəvəti qəbul edərək səsvermənin gedişini izləyəcəklər”.

Ə. Əhmədov seçicilərin Konstitusiyaya təklif edilən dəyişiklikləri başa düşdüklərini, müsbət qiymətləndirdiklərini və dəstəklədiklərini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR