Bank Of Baku

Əli Əhmədov: “Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması daha çox Ermənistana mənfi təsir göstərir”

Əli Əhmədov: “Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması daha çox Ermənistana mənfi təsir göstərir”
# 24 yanvar 2009 10:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Ermənistan hakimiyyəti və əhalisi aydın dərk edir ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ gec-tez geri qaytarılacaq. Onların başqa çıxış yolları yoxdur”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov Dağlıq Qarabağ ermənilərinin ərazidən köç etmələri ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilərin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dərk etmələri vacibdir: “Nə qədər çox adam bunu dərindən dərk etsə, bu, münaqişənin tezliklə həll olunması üçün imkanları genişləndirə bilər. Mən şübhə etmirəm ki, bu ərazilərdə Azərbaycanın Konstitusion hüquqları tam bərpa ediləcək. Münaqişə nə qədər tez həll olunsa, həm Azərbaycan, həm Dağlıq Qarabağda yaşayan insanlar üçün o qədər yaxşıdır”.

Ə. Əhmədovun sözlərinə görə, dünyanın əksər ölkəsini bürüyən iqtisadi böhran Ermənistana da böyük təsir göstərib və insanlar həyatlarını təmin etmək üçün başqa yerlərə axın etməyə məcbur olublar: “Bu onu göstərir ki, münaqişənin həllinin uzanması daha çox Ermənistana mənfi təsir göstərir. Problemin həllini tapmaması onların onsuz da məhdud olan imkanlarını bir qədər də daraldır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR