Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 26 yanvar 2009 07:29 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 12.30-dan 13.05-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 12.15-dən 12.25-dək, 15.30-dan 15.45-dək və yanvarın 26-na keçən gecə saat 23.45-dən 00.00-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Qərvənd və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 00.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR