Bank Of Baku

Milli Məclisin deputatı Almaniyaya səfərə gedib

Milli Məclisin deputatı Almaniyaya səfərə gedib
# 26 yanvar 2009 07:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev Almaniyaya səfərə gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, millət vəkili Berlin və Brandenburq şəhərlərində “Cənubi Qafqazda sabitləşmə prosesləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcək. Deputat burada Cənubi Qafqazda ictimai-siyasi vəziyyət, regionda təhlükəsizliyin qorunması və s. məsələlər ətrafında aparılan müzakirələrdə iştirak edəcək, öz fikirlərini açıqlayacaq. Səfər çərçivəsində Asəf Hacıyev almaniyalı deputat həmkarları ilə də bir sıra görüşlər keçirəcək. Səfər fevralın 5-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR