Bank Of Baku

Müxalifət partiyalarının Təşəbbüs qrupları imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrədir

Müxalifət partiyalarının Təşəbbüs qrupları imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrədir
# 26 yanvar 2009 08:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifət partiyalarının referendumla bağlı yaratdığı Təşəbbüs qrupları imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrədir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, əksər rayonlarda imzatoplama yekunlaşıb və partiya qərargahına təhvil verilib. O qərargaha verilmiş imzaların mütəxəssislər tərəfindən ciddi yoxlanıldığını qeyd edib. A. Hacılı bu həftə müddətində toplanmış imzaların Mərkəzi Seçki Komissiyasına təhvil veriləcəyini qeyd edib.

Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə isə “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupunun imza toplayan şəxslərinə qarşı ciddi təzyiqlərin edilməsinə baxmayaraq, onlar da bu kampaniyanı yekunlaşdırmaq ərəfəsindədir. H. Kərimov da yaxın 2-3 gün müddətində imzaların MSK-ya təhvil veriləcəyini bildirib. Qeyd edək ki, sözügedən Təşəbbüs qrupunda 6 müxalifət partiyası təmsil olunur.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR