Bank Of Baku

“Respublikaçılar” Təşəbbüs qrupu MSK-nın qərarları ilə bağlı məhkəməyə müraciət edəcək

“Respublikaçılar” Təşəbbüs qrupu MSK-nın qərarları ilə bağlı məhkəməyə müraciət edəcək
# 26 yanvar 2009 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Respublikaçılar” Təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasının (MSK) qərarları ilə bağlı məhkəməyə müraciət edəcək. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Təşəbbüs qrupunun imza toplayan şəxslərinə təzyiqlərin edilməsi ilə bağlı MSK-ya iki rəsmi müraciət etsələr də, qurum onların müraciətini əsassız sayıb: “Əksinə, MSK guya bizim imza toplayan şəxslərin əhalini aldatmaqla məşğul olduğunu bildirir, bununla, “Respublikaçılar”ın əhalini aldatması barədə təəssürat yaradırlar”. A. Hacılı bildirib ki, hazırda partiyada məhkəməyə müraciətlə bağlı müzakirə aparılır.

Qeyd edək ki, sözügedən Təşəbbüs qrupu imzatoplayanlara qarşı Gəncə və Cəlilabadda hüquq-mühafizə orqanlarını və icra strukturlarının təzyiq etməsi ilə bağlı MSK-ya müraciət edib. MSK isə bu müraciətləri əsassız hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR