Bank Of Baku

Milli Məclisin yaz sessiyasının ilk iclasında İqtisadi siyasət məsələləri daimi komissiyasına sədr müavini təyin olunacaq

Milli Məclisin yaz sessiyasının ilk iclasında İqtisadi siyasət məsələləri daimi komissiyasına sədr müavini təyin olunacaq
# 26 yanvar 2009 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının boş qalmış sədr müavini postuna təyinat olacaq. Bu barədə APA-ya məlumat parlamentdən daxil olub. Məlumata görə, bu məsələ parlamentin yaz sessiyasının fevralın 2-də keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacaq. Komissiyanın sədr müavini vəzifəsinə deputat Çingiz Əsədullayev namizədliyi təklif ediləcək.

Qeyd edək ki, parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Azər Əmiraslanov ötən il Prezidentin İcra Aparatının Aqrar siyasət şöbəsinin müdiri təyin edildikdən sonra onun deputat səlahiyyətlərinə xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR