Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda Hərəkat” bəyanat yayıb

“Qarabağ və Respublika Uğrunda Hərəkat” bəyanat yayıb
# 26 yanvar 2009 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın rəhbərliyi bu gün mətbuat konfransı keçirib. Hərəkatın koordinatoru, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus referendumla bağlı imzatoplama kampaniyası zamanı “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşəbbüs qruplarının üzvlərinin təzyiqlərə məruz qaldıqlarını qeyd edib. Onun sözlərinə görə, xüsusilə kənd rayonlarında həm imzatoplayanlara, həm də adıçəkilən Təşəbbüs qruplarına imza verənlərə qarşı təzyiqlər edilir.

Müxalifətin son illərin ən böyük koalisiyasını yaratdığını bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, bu birlik davam etsə, o zaman ciddi nəticələr əldə oluna bilər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, müxalifətçi Təşəbbüs qruplarına qarşı olan təzyiqlər onları qeydə almamaq məqsədi daşıyır: “Əgər bu təşəbbüs qrupları qeydə alınmasa, o zaman hərəkat davamlı kütləvi tədbirlər keçirəcək”.

Milli Birlik Hərəkatının sədri Lalə Şövkət isə deyib ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlar hakimiyyəti dəstəklədiyi üçün indi belə bir vəziyyət yaranıb. O, ABŞ-ın yeni prezidenti Barak Obamaya böyük ümid bəslədiyini də deyib: “Amma biz Amerikanı gözləməli deyilik. Amerikanın Əfqanıstan, İraq kimi çox işi var. Ona görə də öz problemlərimizi özümüz həll etməyə çalışmalıyıq”.

Mətbuat konfransında hərəkat adından bəyanat qəbul olunub. Bəyanatda müxalifətçilərə qarşı edilən təzyiqlərin dayandırılması tələb olunub, həmçinin beynəlxalq təşkilatların bu məsələyə diqqətlə yanaşması vacib sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR