Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri 3 istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri 3 istiqamətdə atəşkəsi pozub
# 27 yanvar 2009 07:22 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 26-da saat 09.10-dan 09.25-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.15-dən 11.30-dək və 23.20-dən 23.39-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, yanvarın 27-də saat 02.35-dən 03.50-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR