Bank Of Baku

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək
# 27 yanvar 2009 10:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bir neçə siyasi partiya və ictimai təşkilat İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, yanvarın 30-na təyin olunmuş aksiyada 100 nəfərin iştirakı nəzərdə tutulur.

BŞİH-ə müraciəti Qarabağ Azadlıq Təşkilatı, Yaşıllar, İslam və Fəzilət partiyaları imzalayıblar. Aksiyada İsrailin Fələstinə qarşı apardığı müharibəyə etiraz ifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR