Bank Of Baku

“İrqçi siyasət: Qarabağ - Qəzza paralelləri” mövzusunda dəyirmi masa keçirilib

“İrqçi siyasət: Qarabağ - Qəzza paralelləri” mövzusunda dəyirmi masa keçirilib
# 27 yanvar 2009 10:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Ziyalı Hərəkatı İsrail-Fələstin müharibəsi ilə əlaqədar “İrqçi siyasət: Qarabağ - Qəzza paralelləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan ziyalıları, siyasi partiyaların təmsilçiləri, QHT nümayəndələri iştirak edib. Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev bildirib ki, İsrailin sionist rejiminin qatı irqçi siyasəti nəticəsində Qəzza bölgəsində 1300-ə qədər günahsız insan qətlə yetirilib. E. Quliyev baş verənləri bəşəri cinayət adlandıraraq deyib ki, İsrail bu əməlinə görə müsəlmanlar qarşısında cavab verməlidir. Qarabağ və Qəzza faciələrinin eyni mənbədən qaynaqlandığını və bunun müsəlmanların məhvinə yönəlmiş siyasət olduğunu vurğulayan hərəkat sədri müsəlmanları birliyə çağırıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə dünya birliyinin İsrailin qarşısında susduğunu, faciəyə obyektiv qiymət vermədiyini qeyd edib: “Amma İsrail bundan sonrasını da düşünməlidir. Çünki Fələstin xalqının təslim olmaq fikri yoxdur və onlar bütün vasitələrdən istifadə edərək müqavimət göstərəcəklər”.

Tədbirdə İslam Partiyasının sədri Mövsüm Səmədov, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, AXCP sədrinin müavini Nurəddin Məmmədli və digərləri də çıxış ediblər. Toplantının sonunda bəyanat qəbul olunub. Bəyanatda İsraildən zorakılıqlara son qoyulması tələb olunur və Qəzzanın bombardmana tutulduğu günün – dekabrın 27-nin “Sionizmə nifrət günü” kimi qeyd olunması təklif edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR