Bank Of Baku

Qoşunların təmas xətində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların təmas xətində keçirilən monitorinq insidentsiz başa çatıb
# 27 yanvar 2009 11:07 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Naftalan rayonunun cənubunda yerləşən Borsunlu kəndinin cənubundakı qoşunların təmas xəttində monitorinq keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrci Aberle izləyib.
İmre Palatinus və Vladimir Çountulov monitorinq başlanmazdan əvvəl Goranboy rayonu İcra Hakimiyyətində olublar. Rayon rəhbərliyi görüşdə ATƏT nümayəndələrinin nəzərinə çatdırıblar ki, son iki ayda ermənilərin atəşkəsi pozması nəticəsində təkcə Goranboy rayonunda 30 baş mal-qara tələf olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR