Bank Of Baku

MSK referendumla bağlı “Şəhər təşəbbüs qrupu”nu qeydə alıb

MSK referendumla bağlı “Şəhər təşəbbüs qrupu”nu qeydə alıb
# 27 yanvar 2009 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək referendumda iştirak etmək üçün “Şəhər təşəbbüs qrupu” Təşviqat Qrupu kimi qeydə alıb. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov Təşviqat Qrupunun 44 min 300 seçici imzası topladığını bildirib. N. Məmmədov deyib ki, imzaların yoxlanması zamanı 41 min 637 imza etibarlı, 2663 imza isə etibarsız sayılıb. Onun sözlərinə görə, imzaların etibarsız sayılması əsasən məlumatların qeyri-düzgün göstərilməsi, seçki hüququ olmayan şəxslər tərəfindən imzaların verilməsi, bir şəxsin bir neçə imza atması ilə bağlıdır.
MSK Təşviqat Qrupunun qeydə alınması ilə bağlı yekdilliklə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR