Bank Of Baku

Ermənistan Müdafiə Nazirliyi Ağdam cəbhəsində itki verdiyini təsdiqləyib

Ermənistan Müdafiə Nazirliyi Ağdam cəbhəsində itki verdiyini təsdiqləyib
# 28 yanvar 2009 09:12 (UTC +04:00)
APA-nın “Novosti-Armenia” saytına istinadən yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyi baş verən insidentdə Dağlıq Qarabağda yaşayan mülki şəxsin günahkar olduğunu bildirib. Məlumata görə, içkili vəziyyətdə olan, 1983-cü il təvəllüdlü Bad Tadevosyan adlı şəxs yanvarın 26-da saat 17.30 radələrində Azərbaycan qoşunlarının mövqelərinə doğru hərəkət etməyə başlayıb. Erməni hərbçilər onu saxlamaq istəsələr də, buna müvəffəq ola bilməyiblər. Atışma başlayıb və nəticədə təmas xəttini keçməyə çalışan Bad Tadevosyan və müqavilə əsasında hərbi xidmət keçən 26 yaşlı Arkadi Akopyan öldürülüb. Ermənistan Müdafiə Nazirliyi atışmada Azərbaycan tərəfin də itki verdiyini bildirir. Ermənistan Müdafiə Nazirliyi Bad Tadevosyanın meyitinin Azərbaycanın nəzarətində olan ərazidə qaldığını qeyd edib.


Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də baş verən insidentlə bağlı məlumat yayıb. Dünən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu yanvarın 26-da Ağdam cəbhəsində baş verən atışmanı APA-ya belə şərh edib: “Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun postlarından birini ələ keçirmək, beləliklə də, öz mövqelərini möhkəmləndirmək məqsədi ilə yanvarın 26-da saat 18.00 radələrində Ağdam rayonunun Cəvahirli kəndi istiqamətindən irəliləməyə başlayıb. Düşmən ilk hərəkətindən nəzarətə götürülüb, onun hər addımı izlənilib. Azərbaycan əsgəri düşməni bir az da yaxına buraxdıqdan sonra atəşə başlayıb”. E. Sabiroğlunun sözlərinə görə, bir saata yaxın gedən döyüşdə düşmək üç itki, bir neçə yaralı verərək geri çəkilib: “Hazırda düşmənin bir meyiti təmas xəttinin yaxınlığında nəzarət altındadır. Digər meyit və yaralılar isə erməni hərbçiləri tərəfindən aparılıb. Azərbaycan Ordusu heç bir itki verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR