Bank Of Baku

Azərbaycanda dövlət idarəetmə sistemində islahatlara dair sorğunun nəticələri açıqlanıb

Azərbaycanda dövlət idarəetmə sistemində islahatlara dair sorğunun nəticələri  açıqlanıb
# 28 yanvar 2009 09:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi “Azərbaycanda dövlət idarəetmə sistemində hansı islahatlar aparılmalı və onun səmərəliliyi necə artırılmalıdır” mövzusunda keçirdiyi ekspert sorğusunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Rasim Musabəyov bildirib ki, sorğuda 100 respondent iştirak edib. Onların 19-u millət vəkili, 54-ü QHT rəhbəri, 4-ü dövlət qulluqçusu, 2-si Milli Elmlər Akademiyasının işçisi, 9-u universitet müəllimi, 10-u jurnalist, 2-si isə sahibkar olub. Sorğu iştirakçıları Azərbaycanda hakimiyyətlə cəmiyyət arasında münasibətlərin qeyri-qənaətbəxş olduğunu bildiriblər. Onlardan 66-sı Azərbaycanda dövlət idarəetmə sisteminin şəffaflığının aşağı, 25-i orta, 4-ü yüksək olduğunu bildirib. R. Musabəyovun sözlərinə görə, 80 respondent dövlət idarəetmə sistemində islahatlarda prioritetinin korrupsiya ilə mübarizə olmasını vacib sayıblar. 50 nəfər isə hesab edir ki, dövlət idarəetmə sistemində islahatların aparılmasının təşəbbüskarı dövlət başçısı olmalıdır. Digərləri bu təşəbbüsün obyekti olaraq Milli Məclisi, Nazirlər Kabinetini, QHT-ləri, siyasi partiyaları və digər strukturları göstəriblər. Sorğu iştirakçılarının əksəriyyəti (71 nəfər) hesab edir ki, müstəqil məhkəmə sisteminin təmin edilməsi idarəetmə sistemində səmərəliliyi artıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR