Bank Of Baku

Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələ Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirə olunacaq

Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələ Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirə olunacaq
# 28 yanvar 2009 12:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələ Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirə olunacaq.
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib. A. Nəsirov deyib ki, Milli Məclis Dağlıq Qarabağla bağlı bütün məsələlərə həssas yanaşır, Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələyə də deputatlar tərəfindən münasibət bildiriləcək.
APA-nın məlumatına görə, artıq Milli Məclisin deputatları tərəfindən Rusiyanın Ermənistana silah verməsinə etiraz əlaməti olaraq müraciət hazırlanır. Müraciət hazırda imzalanma mərhələsindədir. İndiyə qədər müraciətə 20-dək deputat imza atıb. Bu müraciətin də MM-in ilk iclasında səsləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, Mili Məclisin yaz sessiyasının ilk iclası fevralın 2-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR