Bank Of Baku

Milli Məclisin yaz sessiyasının qanunvericilik planına 23 qanun layihəsi daxil edilib

Milli Məclisin yaz sessiyasının qanunvericilik planına 23 qanun layihəsi daxil edilib
# 28 yanvar 2009 12:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin yaz sessiyasının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında jurnalistlərin qarşısına həmişəkindən fərqli olaraq Milli Məclis Aparatının rəhbəri, parlamentin sədr müavinləri və komissiya sədrləri deyil, qanunverici orqanın mətbuat xidmətinin rəhbəri çıxıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov yaz sessiyasının ilk iclasının fevralın 2-də keçiriləcəyini deyib. O bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planına ilkin olaraq 23 qanun layihəsi daxil edilib: “Yaz sessiyasının qanunvericilik işləri planına “Təhsil haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihələri, eləcə də tikinti, mənzil, rəqabət, şəhərsalma məcəllələri və İnzibati Prosessual Məcəllə daxildir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR