Bank Of Baku

MSK Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib

MSK Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib
# 28 yanvar 2009 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin maarifləndirilməsi məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ilkin olaraq Referendum Aktı 1 milyon nüsxə nəşr edilib. 29 maddədən ibarət olan əlavə və dəyişikliklərdə Konstitusiyanın hansı maddəsinə hansı dəyişikliyin ediləcəyi göstərilib və əlavələr öz əksini tapıb. Referendum Aktı təşviqat materialı kimi küçələrə yapışdırılmaqla bərabər, həm də əhali arasında yayılacaq. Ehtiyac yaranacağı halda sonrakı mərhələdə əlavə nüsxələr də çap olunacaq.

Qeyd edək ki, MSK artıq referendumla bağlı 13 müxtəlif məzmunlu plakatlar nəşr etdirib. Hər biri 30 min tirajla buraxılan plakatlarda seçici siyahılarının dəqiqləşdirilməsi, referenduma çağırış, seçki hüququndan istifadə və digər məsələlər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR