Bank Of Baku

Ağstafada respublika üzrə Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair müşavirə keçirilib

Ağstafada respublika üzrə Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair  müşavirə keçirilib
# 28 yanvar 2009 16:32 (UTC +04:00)
Ağstafa. Nəzakət Məşədiəliqızı-APA. Ağstafada Heydər Əliyev Muzey və Mərkəzlərinin işinin təşkili və fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş respublika seminar müşavirəsi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, müşavirədə Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nagdəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və respublikanın bütün şəhər və rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, Heydər Əliyev muzey və mərkəzlərinin direktorları iştirak edib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov APA-nın yerli bürosuna bildirib ki, şəhər və rayonlarda fəaliyyət göstərən bəzi Heydər Əliyev muzey və mərkəzlərinin əksəriyyətinin binaları, iş strukturları ürəkaçan deyil: “Heydər Əliyev muzey və mərkəzlərinin bir çox yüksək səviyyədədir, elə mərkəzlər də var ki, bizim istədiyimiz səviyyədə fəaliyyət göstərmir. Biz dəfələrlə müraciət etmişik, çalışmışıq həmin mərkəzlər öz fəaliyyətlərinə diqqətlə yanaşsınlar. Orada yerləşən materiallar, eksponatlar zənginləşsin. Amma buna baxmayaraq buna əməl olunmurdu. Xüsusi işçi qrupu yaradılacaq bu muzeylərdə monitorinqlər aparılacaq. Ondan sonra qərar qəbul ediləcək ki, hansı istiqamətdə işlər aparılsın”. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bütün muzeylər işlək vəziyyətə gətiriləcək. Muzeylə yanaşı mütləq şəkildə modelləşdirmə, xarici dillər və digər dərnəklər keçirilməlidir. Qaçqınlar, gözdən əlil insanlar və xüsusi qayğıya ehtiyacı olan insanlar bu muzeylərə cəlb ediləcək, onlar üçün hər bir şərait yaradılacaq”. Qeyd edək ki, respublika üzrə, 51 Heydər Əliyev muzey və mərkəzləri fəaliyyət göstərir, 3 muzey yaxın müddətdə istifadəyə veriləcək, 3 muzeyin tikintisi isə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR