Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri 3 istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri 3 istiqamətdə atəşkəsi pozub
# 29 yanvar 2009 08:30 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 28-də saat 10.50-dən 10.55-dək və 23.43-dən 23.48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.05-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 29-da saat 00.40-dan 01.00-dək Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR