Bank Of Baku

Azərbaycan Liberal Demokrat Partiyasının 10 yaşı tamam olub

Azərbaycan Liberal Demokrat Partiyasının 10 yaşı tamam olub
# 29 yanvar 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın yaranmasının 10 illik yubileyi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev ölkə daxilində təşkilatlanmağa böyük əhəmiyyət verdiklərini və buna nail olduqlarını, dünyanın bir sıra liberal-demokrat partiyaları ilə əməkdaşlıq etdiklərini deyib. O bildirib ki, geridə qalan 10 il müddətində partiya bir sıra uğurlara imza atıb, seçkilərdə iştirak edib və bələdiyyələrdə təmsil olunur. F. Əliyev yubileylə bağlı dünyanın bir sıra ölkələrindən liberal-demokrat partiyaların nümayəndələrinin Azərbaycana səfər edəcəyini, ölkə daxilində şahmat, futbol yarışlarının keçiriləcəyini söyləyib. Mətbuat konfransının sonunda partiyanın fəaliyyətini işıqlandıran KİV-lərə diplomlar və digər hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ALDP 1999-cu il yanvarın 30-da təsis edilib. Partiyanın ilk sədri mərhum Zakir Məmmədov olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR