Bank Of Baku

Azərbaycanın bəzi müxalifət təşkilatları MSK sədrini məhkəməyə verir

Azərbaycanın bəzi müxalifət təşkilatları MSK sədrini məhkəməyə verir
# 29 yanvar 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın rəhbərliyinin növbəti toplantısı keçirilib. Hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, iclasda müxalifətçi Təşəbbüs qruplarının imzatoplama kampaniyasında qarşılaşdıqları problemlər müzakirə edilib. İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qeyri-qanuni olaraq kampaniyaya müdaxilə etdiyi, bəyanatlar verdiyi bildirilib, onun hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək qərara alınıb: “Çünki Məzahir Pənahov əsassız bəyanatlar, açıqlamalar verərək ictimai çaşqınlıq yaradır”.

Müxalifət partiyaları Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun dayandırılması xahişi ilə həm Konstitusiya Məhkəməsinə, həm də Milli Məclisə müraciət etmək barədə qərar qəbul ediblər.

İclasda hərəkatın ardıcıl olaraq fəaliyyət göstərməsi əhəmiyyətli sayılıb. Həmçinin, “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarına Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olması və birgə fəaliyyət göstərmək üçün müraciət edilməsi qərara alınıb.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Müsavat, Demokrat, Xalq Cəbhəsi, Ümid, Liberal, Vətəndaş və İnkişaf partiyaları və bir sıra ictimai təşkilat təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR