Bank Of Baku

Məzahir Pənahov: “Mən ictimaiyyəti çaşdıran hər hansı fikir səsləndirməmişəm”

Məzahir Pənahov: “Mən ictimaiyyəti çaşdıran hər hansı fikir səsləndirməmişəm”
# 29 yanvar 2009 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İstənilən fiziki və hüquqi şəxsin məhkəməyə müraciət etmək səlahiyyəti, hüququ var. Amma mən ictimaiyyəti çaşdıran hər hansı fikir səsləndirməmişəm, bəyanatla çıxış etməmişəm. Yalnız Mərkəzi Seçki Komissiyasına aid olan bəzi məlumatları vermişəm”. APA-nın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi müxalifət təşkilatlarının onunla bağlı məhkəmə iddiası hazırlamasına münasibət bildirərkən deyib. O, MSK-nın qapalı orqan olmadığını vurğulayıb: “Daxil olan məlumatlarla bağlı ictimaiyyətə öz mövqeyimizi bildirməliyik. Mən yalnız seçicilərə müraciət etmişəm ki, imza toplayarkən, imza verərkən qanunun tələblərini yerinə yetirin”.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar MSK sədrinin ictimaiyyəti çaşdıran informasiyalar yaydığını əsas gətirərək onunla bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR