Bank Of Baku

MSK “Respublikaçılar” təşəbbüs qrupunun müraciətini müzakirə edib

MSK “Respublikaçılar” təşəbbüs qrupunun müraciətini müzakirə edib
# 29 yanvar 2009 14:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılıb. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, G. Aslanlı öz müraciətində bir neçə bölgədə imzatoplama kampaniyası zamanı qanun pozuntularını olduğunu, yerli icra hakimiyyəti və polisin prosesə müdaxilə etdiyini bildirib. MSK katibi müraciətdə göstərilənlərin araşdırıldığını, yalnız bir faktın öz təsdiqini tapdığını, digərlərinin isə əsassız hesab olunduğunu qeyd edib. Onun sözlərinə görə, “Respublikaçılar” təşəbbüs qrupunun Xudat şəhərində imza toplayan nümayəndəsi şəhər sakini Mehman İsmayılova yaxınlaşaraq ondan imza istəyib. Bunun cavabında isə M. İsmayılov imza vərəqələrini cırdığı üçün tərəflər arasında mübahisə yaranıb. N. Məmmədov M. İsmayılovun İnzibati Xətalar Məcəlləsinin 396 maddəsi ilə məsuliyyətə cəlb olunduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR