Bank Of Baku

Milli Məclisin deputatları və jurnalistlər cəbhə bölgəsinə səfər edəcəklər

Milli Məclisin deputatları və jurnalistlər cəbhə bölgəsinə səfər edəcəklər
# 30 yanvar 2009 13:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Milli Məclisin deputatlarından və jurnalistlərdən ibarət bir qrup nümayəndə heyəti cəbhə xəttinə səfər edəcək. Bu barədə APA-ya səfərin təşkilatçılarından olan deputat Həvva Məmmədova bildirib. Millət vəkili həmkarı Baba Tağıyevlə birlikdə təşkil etdiyi səfərdə deputatlardan Fuad Muradov, Rövşən Rzayev, Aydın Həsənovun və 13 jurnalistin iştirak edəcəyini deyib. Onun sözlərinə görə, bir günlük səfər zamanı nümayəndə heyəti ön cəbhədə xidmət keçən əsgərlərlə görüşəcək, onların vəziyyəti ilə yaxından maraqlanacaqlar. H. Məmmədova, həmçinin səfər zamanı Beyləqan rayonunda məskunlaşan Xocavənddən olan məcburi köçkünlərlə də görüş keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR