Bank Of Baku

Milli Məclisin iki daimi komissiyasının birgə iclası keçirilib

Milli Məclisin iki daimi komissiyasının birgə iclası keçirilib
# 30 yanvar 2009 14:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İqtisadi siyasət daimi komissiyalarının birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, layihənin Milli Məclisin iclasında ikinci oxunuşda müzakirəsindən sonra səslənən təkliflərin bir çoxu nəzərə alınıb, sənədə əlavə və dəyişiklik edilib. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Azərbaycan bir sıra saziş və konvensiyalara qoşularaq bu qanunun qəbul edilməsini öhdəlik kimi öz üzərinə götürüb. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ikinci oxunuşdan sonra sənədə edilən əlavə və dəyişiklikləri yüksək qiymətləndirib. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bu qanunun normal bizneslə məşğul olan insanlara heç bir problem yaratmayacağını söyləyib.
Müzakirələrin sonunda sənəd üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR