Bank Of Baku

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş konfrans keçirilib

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş konfrans keçirilib
# 30 yanvar 2009 14:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, DAK üzvü Əlirza Amanbəyli şərqdə ilk demokratik-dünyəvi respublikanın qurucularından olan M. Ə. Rəsulzadənin həyat və fəaliyyəti, Azərbaycan xalqının milli azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizə, Azərbaycanın daxilində və xaricində göstərdiyi fəaliyyət haqqında danışıb. Tədqiqatçı-alim Əkrəm Rəhimli M. Ə. Rəsulzadənin İranda yaşayan azərbaycanlıların milli haqları uğrunda mübarizəsinə verdiyi dəstək, bu məsələdə oynadığı rol barədə çıxış edib. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov deyib ki, təmsil etdiyi qurumda M. Ə. Rəsulzadənin həyatının müəyyən dövrlərini əks etdirən 49 səhifəlik yeni sənədlər toplusu yığılıb. O, Rəsulzadənin 125 illiyi ilə bağlı yeni kitabın nəşr olunacağını da qeyd edib. M. Teymurovun sözlərinə görə, bu kitabda oxucular Rəsulzadənin fəaliyyətinin məlum olmayan məqamları ilə tanış ola biləcəklər.

Bəzi natiqlər M. Ə. Rəsulzadənin, o cümlədən digər cümhuriyyət qurucularının nəəşlərinin Azərbaycana gətirilməsi təklifi ilə çıxış ediblər. Bakının Sahil bağında “Cümhuriyyət” parkının salınması və cümhuriyyətin qurucularına ithaf olunan abidənin qoyulmasının məqsədəuyğunluğu da vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR